Kərkükdə İŞİD liderləri həbs edildi

Kərkükdə İŞİD liderləri həbs edildi

İraq ordusunun rəsmisi məsələ ilə bağlı məlumat verib.

Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, İraq Silahlı Qüvvələri baş komandanının sözçüsü Kərkük vilayətində iki İŞİD liderinin həbs olunduğunu açıqlayıb.

İraq Silahlı Qüvvələri baş komandanının sözçüsü Yəhya Rəsul İraq qüvvələrinin terrorla mübarizədəki yeni uğurları barədə məlumat verib.

O, ölkənin terrorla mübarizə qüvvələrinin Kərkük vilayətində iki İŞİD liderini ələ keçirdiyini açıqlayıb.

Yəhya Rəsul İraq qüvvələrinin İŞİD liderlərini Kərkük vilayətindəki Zağitun səhrasında apardığı iki ayrı əməliyyat zamanı həbs etdiklərini söyləyib.

Əməliyyatın İraq Milli Kəşfiyyat Xidməti ilə geniş koordinasiyada həyata keçirildiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR