Kərkükdə anti-İŞİD əməliyyatı: 7 terrorçu məhv edildi

Kərkükdə anti-İŞİD əməliyyatı: 7 terrorçu məhv edildi

İraqın Kərkük əyalətində aparılan əməliyyat çərçivəsində İŞİD terror təşkilatının 7 üzvü məhv edilib.

Rasthaber Azərbaycan SalamNews-a istinadən xəbər verir ki, bu barədə ölkənin Birgə Əməliyyatlar Komandanlığı bəyanat verib.

Bildirilib ki, Kərkük əyalətinin Vadi əş-Şay bölgəsində aparılan əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatının bir slğınacağı aşkarlanaraq məhv edilib. Buradan qaçmağa çalışan 7 terrorçu zərərsizləşdirilib.

İraq Ordusunun Samirra Əməliyyatları Qərargahı da son iki sutkada aparılan əməliyyat nəticəsində terror fəaliyyətində şübhəli bilinən 23 nəfərin saxlanıldığı, onlarla mina və quraşdırılmış bombanın aşkarlanaraq zərərsizləşdirildiyini bəyan edib.

Qeyd edək ki, İŞİD terror təşkilatı koronavirus pandemiyasına görə elan edilən karantin rejimində yenidən fəallaşıb və ölkənin mərkəzi, şimal və qərb əyalətlərində hücumlarının sayını artırıb.

Xəbəri paylaş

VİDEOLAR