Rusiya tərəfinin ABŞ-dan Kiyevə kasetli bombaların verilməsinə reaksiyası sərt olacaq.
“Ukrayna ətrafında eskalasiyaya doğru yeni addıma cavab çox sərt olacaq. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət Vaşinqtonun və NATO rəhbərliyinin birtərəfli, tamamilə anlaşılmaz qərarlarından dolayı situasiyanın hara getməsi ilə bağlı ciddi narahatlıqlar doğuran vəziyyəti qiymətləndirəcək”, - Karasin bildirib.
Bundan əvvəl Ağ Ev ABŞ-ın Ukraynaya kaset sursatları ötürdüyünü bildirmişdi. Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivanın sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynada kassetli sursatlardan istifadənin mülki şəxslər üçün risklər yaratdığını qəbul edir.
Kasset bombaları da adlandırılan bu mərmilər yüzlərlə kiçik bomba daşıyan konteynerlərdən ibarətdir. 120-dən çox ölkə Kaset Sursatları Konvensiyası (CCM) çərçivəsində bu silahların istifadəsini qadağan edib.