İraqın Kərbəla şəhərində əl-Hindi xəstəxanasında şiddətli yanğın baş verib.
Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bu barədə Kərbəla şəhərinin Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Bildirilib ki, şəhərdə yerləşən əl-Hindi xəstəxanasında baş verən yanğın nəticəsində üç qadın həlak olub.
Yanğının sürətlə artmasına səbəb, xəstəxananın tikilişində istifadə edilən və tez alışan tikinti materialları olub.
Hadisənin səbəbi araşdırılır və Kərbəla Polisi də öz növbəsində yanğınla bağlı iş açıb.