Kərbəlada Ərbəin mərasimi keçirilir

Kərbəlada Ərbəin mərasimi keçirilir

Zəvvarların bir neçə gün piyada yol qət etmələrindən sonra bu gün Kərbəlada İmam Hüseynin (ə) məzarı və onun ətrafında Ərbəin mərasiminin keçirilməsinə start verilib.

Az.rasthaber.com xəbər verir ki, 30 min təhlükəsizlik qüvvəsinin və 5 mindən çox səhiyyə işçisinin cəlb edilməsilə Ərbəin yürüşü və mərasimi təhlükəsiz vəziyyətdə davam edir.

Bu gün Kərbəlada Ərbəin ziyarətnaməsini milyonlarla insan birgə şəkildə oxuyacaqlar.

Ərbəin ziyarətinin təhlükəsizliyini təmin edən İraq Ordusunun Mətbuat xidmətindən verilən son məlumata görə, Ərbəin ziyarətinə 20 milyon insan qatılıb ki, onların azı beş milyonu xarici zəvvardır.

Qeyd edək ki, Ərbəin ziyarəti İmam Hüseynin qırxından beş-on gün öncə, bəzən də bir ay öncə zəvvarların Kərbəla istiqamətində piyada yola düşməsi ilə başlayır. Zəvvarlar adətən səfər ayının 15-dən 20-ə kimi Nəcəfdən Kərbəlaya olan 80 km-lik yolu piyada qət edərək, hər zaman İmam Hüseynə və onun ilahi missiyasına sadiq qaldıqlarını nümayiş etdirirlər.

Xəbəri paylaş

VİDEOLAR