Koronavirusa yoluxmanın qarşısını alan anticismlər aşkarlandı

Koronavirusa yoluxmanın qarşısını alan anticismlər aşkarlandı

Alimlər COVID-19 virusuna yoluxmanın qarşısını ala bildiyi düşünülən anticisimlər aşkarlayıblar.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir.

Nyu-Yorkun Kolumbiya Universitetinin nəzdindəki Tibb Mərkəzinin (CUIMC) saytı məlumat verir ki, xəstənin ilk vaxtlarda vəziyyətini də yaxşılaşdıra bilən həmin anticisimləri koronavirusun ağır formasını uzun müddət ərzində keçirmiş şəxslərin immun sistemi əmələ gətirib.

Həmin anticisimlərin nə qədər təsirli və səmərəli olması heyvanlar üzərində aparılan sınaqlar zamanı sübut olunub.

Anticisimlər əsasında dərmanın peyvənddən daha tez yaradıla biləcəyi də bildirilir. Belə ki, anticisimlər dərman şəklində kütləvi istehsal oluna bilər.

Xəbəri paylaş

VİDEOLAR