Koronavirusa görə 46 aviadaşıyıcı Çinə uçuşları dayandırdı

Koronavirusa görə 46 aviadaşıyıcı Çinə uçuşları dayandırdı

Yaponiya yanvarın 28-də şəhərdəki 650 yapon vətəndaşından 200 nəfərini təxliyyə etmək üçün Uhana təyyarə göndərib

Rasthaber Azərbaycan report-a istinadən xəbər verir ki, bu barədə Çinin Mülki Aviasiya Administrasiyası məlumat yayıb.

Bunlar arasında “Air France”, “American Airlines”, “Air Canada”, “Lufthansa”, “Finnair”, “Air India”, “Air Seoul” və başqa böyük aviaşirkətlər var.

Koronavirusun yeni növünün yayılması bir çox ölkələri və şirkətləri Çinə və oradan səyahət üçün məhdudlaşdırıcı tədbirlər görməyə məcbur edib.

Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin mərkəzi hissəsindəki Uhanda naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib.

Xəbəri paylaş

VİDEOLAR