Koronavirus vaksinilə bağlı şad xəbər

Koronavirus vaksinilə bağlı şad xəbər

COVID-19 vaksini meymunlarda və digər heyvanlarda perspektivli nəticələr göstərib.

Çin alimləri tərəfindən hazırlanmış BBIBP-CorV adı ilə tanınan potensial COVID-19 vaksini meymunlarda və digər heyvanlarda perspektivli nəticələr göstərib.

Rasthaber Azərbaycan  Sputnik-ə istinadən xəbər verir ki, testin 1000-dən çox insan üzərində sınağına da start verilib.

Tədqiqatçıların "Cell" jurnalında dərc edilmiş araşdırmasına görə, vaksin "SARS-CoV-2-dən müdafiəni təmin etmək üçün siçanlarda, siçovullarda, dəniz donuzcuqlarında, dovşanlarda və qeyri-insan primatlarda (sinomolqus meymunlarında və makak-rezuslarda) yüksək səviyyədə neytrallaşdırıcı anticisimlərin yaranmasına səbəb olur".

Hal-hazırda bütün dünyada 100-dən çox COVID-19 vaksini hazırlanır. Ən perspektivli vaksin namizədləri əczaçılıq nəhəngi "AstraZeneca" ilə birlikdə hazırlanan Oksford Universitetinin vaksini, Çinin "CanSino Biologics" şirkətinin vaksini və Amerikanın "Moderna" əczaçılıq firmasının "mRNA" vaksinidir.

Xəbəri paylaş

VİDEOLAR