COVID-19 peyvəndləri yoldadır, onlar əvvəlcə kimlərə vurulacaq?
İki şirkət noyabr ayının sonlarına qədər peyvəndlərinin təhlükəsiz və təsirli olub-olmadığını göstərən klinik sınaqların ilkin nəticələrini gözlədiklərini bildirib.
Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, lakin həmin peyvəndlərin əvvəlcə hər kəs üçün kifayət olmayacağı bildirilib və əvvəlcə kimin alacağı və kimin almayacağına qərar verilməlidir. İctimai səhiyyə ekspertləri məhdud imkanlarla daha yaxşı iş görülməsinə dair təlimatlar hazırlayır.
İki ekspert qrupu - ABŞ Milli Elmlər Akademiyasının Mühəndislik və Tibb Elmləri və Cons Hopkins Universiteti artıq həmin peyvəndləri təsdiq edib.
Lakin bu sahədə işlər çətinləşə bilər.
"Bu cür sadə çərçivələri görmək çox əhəmiyyətlidir. Lakin burada əsas məsələ detallardadır" - deyə, Cons Hopkins Universiteti Beynəlxalq Peyvənd Mərkəzinin icraçı direktoru Villiam Moss bildirib.
Mütəxəssislər ilk növbədə peyvəndin COVID-19 xəstələri ilə işləyən səhiyyə işçilərinə olmalı olduğu fikri ilə razıdır. Onlar tibb işçilərinin yoluxma riskinin yüksək və cəmiyyətin həyat fəaliyyəti üçün də vacib olduğunu deyirlər.
Bəs tam olaraq hansı tibb işçiləri nəzərdə tutulur?
COVID-19 xəstələrini birbaşa müalicə edən həkimlər və tibb bacıları və şübhəsiz ki, COVID xəstələrinin olduğu xəstəxana otaqlarının texniki işçiləri. Bəlkə də qocalar evlərindəki aşpazlar.
"Əgər siz rəhbərlikdəsinizsə, bu, vəziyyətdən asılıdır" - deyə, Amerika İctimai Səhiyyə Assosiasiyasının icraçı direktoru Corc Bencamin bildirib.
"Birinci, ikinci və üçüncü sıralarda kimlərin olacağı barədə sistemini burada hazırlayacağıq, çünki 2-ci dozanın kifayət qədər ola biləcəyindən əmin deyilik" - deyə, Vanderbilt Universiteti Tibb Mərkəzinin yoluxucu xəstəliklər üzrə professoru Villiam Şaffner bildirib.
Mütəxəssislərin əsas prioritet hesab etdiyi digər qrupa isə COVID-19-a yoluxma və ölüm riski yüksək olan ciddi sağlamlıq problemli xəstələrdir. Buraya ürək, ağciyər və ya böyrək xəstəliyi, həmçinin diabet və piylənmə xəstələri daxildir.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bildirdiyinə görə bu, 100 milyondan çox insanı əlavə edir. Siyahının daha da sıxlaşmasına ehtiyac var. Milli Akademiya iki və ya daha çox sağlamlıq problemi olan insanlara da diqqət yetirməyi təklif edir.