Avropa İttifaqı hökumətləri “AstraZeneca” şirkətinə 300 milyon doza koronavirus peyvəndi üçün 750 milyon avro ödəyəcək
Avropa İttifaqı hökumətləri “AstraZeneca” şirkətinə 300 milyon doza koronavirus peyvəndi üçün 750 milyon avro ödəyəcək. Bir doza peyvənd üçün qiymət 2.5 avro (4.78 manat) təşkil edəcək.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.
İtaliya Səhiyyə Nazirliyindən bildirilib ki, şirkətlə əldə olunan razılaşmaya əsasən, daha 100 milyon doza peyvənd alına bilər.
Xatırladaq ki, İngiltərənin “AstraZeneca” şirkəti iyunun 5-də koronavirus peyvəndinin istehsalına başladığını açıqlayıb. Peyvəndin effektivliyi tam şəkildə sübut olunmasa da, istehsalın başladılmasına şirkət rəsmisi Paskal Soriot aydınlıq gətirib.
O, bildirib ki, istehsala indidən başlanılmazsa, effektivlik sübut edildikdən sonra yaranacaq tələbatı ödəmək çətin olacaq.