Çinin Vuhan şəhərində ortaya çıxan yeni növ koronovirus dünya miqyasında yayılmaqda davam edir.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Çinin Vuhan şəhərində ortaya çıxan yeni növ koronovirus dünya miqyasında yayılmaqda davam edir.
Vuhandan təxliyə edilən 201 amərikalı da Kaliforniyada karantinə alınıb.
Yeni Zelandiya və Sinqapur hökumətləri də Çinin Xuhan şəhərindəki vətəndaşlarını təxliyə etməyə başlayıb.
Rəsmi Pekin xəstəliyin yayılmasının qarşısını almaq üçün 55 milyona yaxın insanı karantinə yerləşdirib, ancaq ölü sayı gedərək artır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) deriktoru Tedros Adhanom virusun Almaniya, Vyetnam və Yaponiyada insandan-insana yoluxduğuna dair sübutlar olduğuna diqqət çəkib.
Adhanom virusun araşdırılması üçün qurulacaq beynəlxalq bir ekipajın Çinə gedəcəyini söyləyib.
Digər tərəfdən ÜST-ün təcili hallar komitəsi “qlobal təcili vəziyyət elanı” məsələni müzakirə etmək üçün yığıncaq keçirəcək.
“British Airways” və “Lufthansa”nın da aralarında olduğu çox sayda hava yolu şirkəti də Çinə səfərlərini təxirə salıb.
Son olaraq Kanada hava yolları “Air Kanada” Pekin və Şanxaya bütün uçuşlarını ləğv edib.
Digər tərəfdən Çinin İqtisadiyyat Nazirliyi epidemiya ilə mübarizə tədbirləri üçün 3,9 milyard dollarlıq fondun ayrılacağını açıqlayıb.
Virusa qarşı peyvend hazırlama cəhdləri də davam edir.
Peyvəndin hazır hala gəlməsi üçün isə ən az bir ay yarım müddətə ehtiyac olduğu bildirilir.
Peyvənd tədqiqatları aparan Avstraliya İnfeksiya və İmmunitet İnstitutu, koronavirusun Çindən sonra ilk dəfə Çində istehsal olunduğunu açıqladı.
Ayrıca hazırda mövcud bəzi dərmanların koronavirusun müalicəsində istifadə edildiyi təsdiqləndi.
Hindistan və Filippində Çinin Xuhan şəhərində ortaya çıxan və epidemiyaya çevrilən yeni növ koronavirus qeydə alınıb.
Dünyada koronavirus Taylandda 14, Yaponiyada 11, Sinqapurda 10, Malayziya və Avstraliyada hər birində 7, Cənubi Koreyada 6, Fransa və ABŞ 5, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya və Almaniyada 4- hər birində 4, Kanadada 3, Vyetnamda 2, Nepal, Kamboca, Şri Lanka və Finlandiyada hər birində 1 nəfərdə aşkarlanıb.
Digər tərəfdən Rusiya yeni növ koronavirus epidemiyası səbəbilə Çinlə sərhədlərini bağlama və Çin vətəndaşlarına viza məhdudiyyəti gətirməyi qərarı alıb.