Koronavirus artır Ukraynada

Koronavirus artır Ukraynada

Ukraynanın paytaxtı Kiyevdə bir nəfərin Çində yayılan koronavirusa yoluxması təsdiqini tapıb

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu nəticəni dövlət müəssisəsi olan "Ukrayna Səhiyyə Nazirliyinin Kiyev Şəhər Laboratoriya Mərkəzi" dövlət müəssisəsinin araşdırması təsdiqləyib.

Daha əvvəl Rusiyada yoluxucu xəstəliyin əlamətləri müşahidə edilən 100 xəstə müayinə edilmiş, ancaq onların heç birində koronavirus faktı təsdiq edilməmişdi.

Xatırladaq ki, koronavirusdan ölənlərin sayı 80-dən çoxdur. Onların hamısı Çin vətəndaşlarıdır. Xəstəliyə 2700 nəfər yoluxub. Çindən başqa, Yaponiya, Cənubi Koreya, Tailand və ABŞ-da yoluxma halları qeydə alınıb.

Virus insandan insana ötürülür. Xəstəlik özünü qızdırma, yorğunluq və bəlğəmli öskürəklə göstərir.

Xəbəri paylaş

VİDEOLAR