İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi bildirib ki, Amerika keçmişdəkindən daha çox psixoloji və virtual savaşdan istifadə edəcək.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi general-mayor pasdar Seyid Yəhya Rəhim Səfəvi dünən koronavirus böhranının beynəlxalq parametrlərə və regional siyasətlərə təsirlərini araşdırmaq məqsədilə keçirilən iclasda ABŞ-ın koronavirusla mübarizədə çox zəif olduğunu deyib.
"Əgər Amerika və Qərb indiyədək öz standartlarını digər cəmiyyətlər və ölkələrin inkişafı üçün bir model kimi təqdim edirdilərsə, koronavirus böhranı Qərb barədə tərsinə bir təsviri və digər bir reallığı açıb göstərdi. Amerikada iqtisadi dağıntıların nəticələrinin ilkin perspektivi 1920-ci ildəki "böyük rekord"un təkrarından söz açır ki, on il sürdü və ümumdünya ümumi istehsal həcmini 15 faiz azaltdı.", -deyə Səfəvi bildirib.
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi ABŞ ordusunun Pentaqona hesabatı və böhrandan keçmək üçün sülhün yaradılması vacibliyini vurğulamasına toxunaraq "Bəlkə də Amerika hərbçilərinin Əfqanıstan və İraqdan geri çəkilmələri və yerdəyişmələrinin bir hissəsi, ya virusa yoluxmuş Fransa və Amerika təyyarədaşıyıcılarının ağ bayraq qaldırmları bu istiqamətdə mənalı olmuş olsun.", -deyə əlavə edib.
General Səfəvi bildirib ki, Amerika regional və beynəlxalq istiqamətlərdə öz potensiallarını qorumağı gündəmə gətirib: "Amerikanın bu ölkə ordusunun hərbi komandanlarının tövsiyələrinə əsaslanan hərbi vasitəsi koronavirus böhranından keçmək üçün sülhə və dinc şəraitə ehtiyaclıdır. Hazırkı şərait davam edərsə və onun yeni dalğası yaranarsa, Amerikanın bu strategiyadakı hərbi vasitəsinin acizliyi və iflic olması daha artıq özünü göstərəcəkdir."