Bu sözləri Livan Hizbullahının İcra Şurasının sədri Seyid Haşim Səfiuddin deyib
Rasthaber Azərbaycan xəbər verir ki, Livan Hizbullahının İcra Şurasının sədri Seyid Haşim Səfiuddin bir radioya verdiyi müsahibədə “Koronavirus dünyanın hər yerinə təsir edən bir zəlzələdir. Virus böyüklük edən ölkələri, xüsusiıə ABŞ və Qərb ölkələri biyabır etdi. Bu virusa qalib olanlar Qərbin açıq-aşkar çatışmamazlıq göstərdiyi insan iradəsinə və dəyərlərinə sahib olanlar ola bilər.”, -deyə qeyd edib.
Hizbullah rəsmisi, bu planın əsas məqsədinin bütün Livanlılara, koronavirusun siyasi kin, niyyət və siyasi hədəflərdən uzaq olaraq daha çox asan öhdəsindən gələ biləcəyini və ona qalib ola biləcəklərini anlatmaq olduğunu bildirib.
Seyid Səfiuddin Livanın iqtisadi məsələlərinə də işarə edərək, əvvəlki siyasətlərin ölkə iqtisadiyyatına əsaslandığı anniutet sistemli (annuitet ödənişlər – kreditlər üzrə aylıq) iqtisadi nizam öz uğursuzluğunu sübut etdiyini önə çəkərək buna görə də əvvəlki iqtisadi sistemə heç kim etibar edə bilməyəcəyini deyib.