Konqoda gəmi batdı: 51 ölü, 69 itkin

Konqoda gəmi batdı: 51 ölü, 69 itkin

Konqo Demokratik Respublikasının şimal qərbində yerləşən Konqo çayında gəminin batması nəticəsində yüzdən çox insan ölüb və ya itkin düşüb.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bunu ölkənin Monqal əyalətinin nümayəndəsi Nestor Maqbado bildirib.

Onun sözlərinə görə, çaydan 51 nəfərin meyiti çıxarılıb, 69 nəfər itkin düşüb.

Yerli hakimiyyət gəmi qəzasında ölənlərin xatirəsini yad etmək üçün oktyabrın 11-dən 3 günlük matəm elan edib.

Xəbəri paylaş

VİDEOLAR