Kolumbiya Qəzzaya humanitar yardım təyyarəsi göndərəcək

Kolumbiya Qəzzaya humanitar yardım təyyarəsi göndərəcək

Fələstinin Boqotadakı səfiri Almaki Kolumbiya prezidenti Qustavo Petronun göstərişi ilə Qəzzaya humanitar yardım təyyarəsinin göndəriləcəyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin Boqotadakı səfiri Rauf Almaki bildirib ki, prezident Qustavo Petronun göstərişinə əsasən, Qəzzaya çatdırılmaq üçün bu gün humanitar yardım təyyarəsi Misirə göndəriləcək.

AA xəbərinə görə, Qəzzada xəstəxanaların səhiyyə sisteminin çökmək üzrə olduğunu vurğulayan Almaki, Kolumbiya Hərbi Hava Qüvvələrinə aid bir təyyarə ilə bu gün humanitar yardım materiallarının Fələstin xalqına daşınacağını açıqlayıb.

Kolumbiyaya göstərdiyi köməyə görə təşəkkür edən Almaki deyib:

"Su, elektrik, enerji yoxdur. Hazırda istədiyimiz ən mühüm şey dünyanın vicdanına müraciət etməkdir. Mübarizəni davam etdirə bilərikmi? Bitmək üzrəyik, Bizim indi işləmək üçün yanacaq qalmayıb. Artıq bu qədər yaralıya cavab vermək üçün avadanlıqlarımız yoxdur".

Bu yardım təkliflərinə görə minnətdar olduqlarını bildirən Almaki deyib:

"Uzaqdan daşınması çətin olan məhsullar var. Kolumbiyadan Qəzzaya daşınma xərclərinin yüksək olması səbəbindən geyim, ayaqqabı və digər materialların bağışlanması və daşınması çətindir".

Almaki Qəzza xalqının "təcili olaraq" dərmana ehtiyacı olduğunu qeyd etdi və hər cür sağlamlıq ləvazimatlarının ianəsinə açıq olduqlarını söylədi.

Qəzzada böyük bir qırğın və dağıntı olduğunu bildirən Almaki, İsrailin Qəzzaya hücumlarının dayandırılmasını istəyib.

Kolumbiya lideri Petro Fələstinə dəstəyini açıqlayıb.

Oktyabrın 9-da X sosial media hesabında verdiyi açıqlamada, Petro İsrail rejiminin HƏMAS-ın hücumuna reaksiyasını tənqid edib.

Xəbəri paylaş

VİDEOLAR