Kolumbiya prezidentindən israilli nazirin fələstinliləri heyvana bənzətməsinə REAKSİYA

Kolumbiya prezidentindən israilli nazirin fələstinliləri heyvana bənzətməsinə REAKSİYA

Kolumbiya prezidenti Qustavo Petro öz bloqunda İsrailin müdafiə naziri Yoav Gallantın sözlərini dəyərləndirib: “Biz insanabənzər heyvanlara qarşı mübarizə aparırıq və buna uyğun hərəkət edəcəyik”.

Az.rasthaber.com xəbər verir ki, Sputnik-in məlumatına görə, Petro deyib:

"Belə nasistlər yəhudilərdən danışırdılar. Demokratik xalqlar nasizmin beynəlxalq siyasətdə canlanmasına imkan verə bilməz. İsraillilər və Fələstinlilər beynəlxalq hüquqa tabe olan insanlardır. Bu nifrət dolu çıxış davam edərsə, soyqırıma səbəb olacaq".

Sionist rejimin Kolumbiyadakı səfiri Qali Daqanın Petroya Qüdsdəki Holokost Memorialını və Polşadakı Osvensim həbs düşərgəsini ziyarət etmək çağırışına münasibət bildirən Kolumbiya lideri deyib:

"Mən əvvəllər Auschwitz konsentrasiya düşərgəsində olmuşam və indi bunun Qəzzada necə təkrarlandığını görürəm".

Qeyd edək ki, bundan əvvəl sionist rejimin müdafiə naziri Gallant deyib:

Elektrik, qida və yanacaq olmayacaq. Biz insanabənzər heyvanlara qarşı mübarizə aparırıq və buna uyğun hərəkət edəcəyik".

Xəbəri paylaş

VİDEOLAR