Kolumbiya prezidenti Qustavo Petro ölkəsindəki sionist israilyönlü jurnalistlərə reaksiya verib və onları Qəzza ilə bağlı “ikiüzlü” davranmaqda ittiham edib.
Az.rasthaber.com xəbər verir ki, sosial media hesabında ölkəsindəki İsrailyönlü jurnalistləri tənqid edən Petro bu ifadələrdən istifadə edib:
“Ənənəvi mətbuatın bəzi bölmələri mütərəqqiliyə və hökumətimə olan nifrətləri ilə soyqırımçı Netanyahunun soyqırım şikayətini antisemitizm adı altında gizlətməklə mənə qarşı etdiyi hücumu böyük hərflərlə yazmağa qərar verdi. (Müstəqil Vermont Senatoru ABŞ) Bernie Sandersin bu cür əxlaqsız müdafiələrə cavabını dəstəkləyirəm".
Kolumbiyadakı ənənəvi və sağçı media, prezident Petronun işğalçı İsrailin Qəzzaya hücumları ilə bağlı tənqidlərinə daha çox məhəl qoymasa da, Netanyahunun “Antisemitizm” ifadələri başlıqlarda yer alıb.
Petro mayın 12-də verdiyi bəyanatda sionist baş nazir Netanyahunun ona qarşı “antisemitizm” ittihamına cavab olaraq “Cənab Netanyahu, siz tarixə soyqırımı törədən şəxs kimi düşəcəksiniz” deyib.
Kolumbiya mayın 3-də Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri kəsdiyini rəsmən açıqlayıb.