Kolumbiya İsraildən bütün silah alışlarını dayandırıb

Kolumbiya İsraildən bütün silah alışlarını dayandırıb

Kolumbiya prezidenti Qustavo Petro sionist İsrail qüvvələrindən yemək istədikdən sonra Qəzzada öldürülən mülki vətəndaşları “açıq-aşkar soyqırım” adlandıraraq, İsraildən silah alışını dayandırıb.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail Qəzzada intensiv şəkildə insanları öldürməyə davam edərkən, Latın Amerikası ölkəsi Kolumbiya da İsrailə reaksiya verib. Prezident Petro İsraildən yemək istəyən mülki şəxslərin belə öldürüldüyünü və İsrail istehsalı olan silahları almağı dayandırdığını açıqladı.

Sosial media hesabında paylaşım edən Petro bildirib:

"Bu, soyqırım adlanır və dünya gücləri bunu tanımaq istəməsələr belə, bu Holokostu xatırladır. Dünya Netanyahunun qarşısını almalıdır. Kolumbiya İsraildən bütün silah alışlarını dayandırıb".

Petro keçmişdə sionist İsrailin baş nazirini nasist Almaniyasının lideri Adolf Hitlerə bənzədirdi. Bu vəziyyət İsrail rəsmiləri tərəfindən pislənilib və daha sonra Kolumbiyaya silah sanksiyalarının tətbiq ediləcəyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR