Ermənistanın sabiq prezidenti Robert Köçəryan Paşinyanı tənqid edib
Rasthaber Azərbaycan "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın “Qarabağ münaqişəsinin nizamlanması münaqişənin bütün tərəflərini qane etməlidir” bəyanatı bu məsələdə Yerevanın öz mövqeyinin olmadığını göstərir.
Bu barədə jurnalistlərə Konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs olunan Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.
“Həllin münaqişənin bütün tərəflərini qane etməli olması ilə bağlı Paşinyanın şüarı boş, mənasız bir söz, vasitəçinin primitiv formuludur. Bu, Ermənistanın fəaliyyət planına malik olmamasının birbaşa sübutudur”, - deyə Köçəryan “Qraparak” qəzetinə müsahibəsində vurğulayıb.