Koçaryan 4.2 milyon dollara zaminə buraxılıb

Koçaryan 4.2 milyon dollara zaminə buraxılıb

Koçaryan hələ apreldə 7 ayda ikinci cərrahiyyə əməliyyatı üçün həbsxanadan İzmirlian Tibb Mərkəzinə aparılmışdı.

Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, Ermənistan məhkəməsi ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Koçaryanı zaminə buraxıb.

Apellyasiya Məhkəməsi iyunun 18-də hazırda xəstəxanada müalicə olunan keçmiş prezidentin 2 milyard dram (4.2 milyon dollar) müqabilində zaminə buraxılmasına dair qərar qəbul edib.

Onun vəkili Aram Vardevanyan məhkəmənin zamin qərarını alqışlayıb, lakin deyib ki, zamin üçün ödənilən pulun məbləği “misilsizdir”.

Koçaryan hələ apreldə 7 ayda ikinci cərrahiyyə əməliyyatı üçün həbsxanadan İzmirlian Tibb Mərkəzinə aparılmışdı.

Mayın 13-də Yerevandakı rayon məhkəməsi onun mühakimənin sonunadək evə buraxılması üçün verilmiş vəsatəti rədd etmişdi.

COVID-19 təhlükəsi

İki həftədən sonra başqa bir məhkəmənin qəbul etdiyi qərarda deyilirdi ki, 65 yaşlı keçmiş prezident COVID-19-a yoluxma təhlükəsi ilə bağlı təkrar həbsxanaya salına bilməz.

Prokurorlar Koçaryanın zaminə buraxılmasının əleyhinə idilər, çünki onun mühakimədən yayına biləcəyindən narahatlıqları vardı.

2018-ci ilin iyulunda həbs edilmiş Koçaryan daha üç başqa rəsmi ilə birlikdə 2008-ci ildə seçki sonrası müxalifəti əzməkdə, habelə ölkənin konstitusiya quruluşunu devirməkdə və rüşvətdə ittiham olunur.

Əgər təqsirli bilinərsə, keçmiş dövlət başçısını 15 il müddətinə həbsxana cəzası gözləyə bilər.

Koçaryan özünə qarşı ittihamları “siyasi motivli” adlandırır və qəbul etmir.

Xəbəri paylaş

VİDEOLAR