Knesset üzvü "Şirin Əbu Əqilə" cinayətinə etiraz olaraq istefa verib

Knesset üzvü

İşğalçı İsrail rejiminin "Əl-Cəzirə" kanalının tanınmış jurnalisti Şirin Əbu Əqlanı qətlə yetirməsi onlar üçün baha başa gəlir!

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Knessetin Moretz partiyasından olan üzvü Qaida Zaabi işğal altındakı Qüdsdə qarşıdurmaların artması fonunda Əl-Cəzirə kanalının tanınmış jurnalisti Şirin Əbu Əqlanın şəhadətinə etiraz olaraq bu gün istefa verdiyini açıqlayıb.

Qaida Zaabi koalisiya hökumətindən istefa verdikdən sonra Likud partiyası Naftali Bennett və Yair Lapid hökumətinə etimadsızlıq səsverməsi tələb edəcək. Likud partiyası çərşənbə günü Zaabinin koalisiya hökumətindən istefasından sonra erkən seçkilər keçirilməsi ilə bağlı qanun layihəsini Knessetə təqdim edəcəyini açıqlayıb.

Əl-Cəzirə xəbər verir ki, işğalçı İsrailin baş naziri koalisiya üzvü Zaabinin istefasından sonra partiyasının üzvlərini məsləhətləşmələr üçün çağırıb.

 

Xəbəri paylaş

VİDEOLAR