Kənani: İran qanuni hüquqlarından əl çəkməyəcək

Kənani: İran qanuni hüquqlarından əl çəkməyəcək

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sosial media hesabında Müstəmləkəçiliklə Mübarizə Günü münasibətilə paylaşım edib.

Az.rasthaber.com xəbər verir ki, Nasir Kənani paylaşımında bildirib:

"İran hökuməti və xalqı müstəmləkəçi dövlətlərin ölkənin müstəqilliyi və şərəfi üçün hədsiz ambisiyaları və zülmünə qarşı duracaq və qanuni hüquqlarından əl çəkməyəcək".

Digər tərəfdən, Kənani İRNA xəbər agentliyinə müsahibəsində, ölkənin xarici siyasəti haqqında deyib:

"13-cü hökumət ölkənin iqtisadi vəziyyətinin və insanların həyat səviyyəsinin yaxşılaşdırılması, ictimai rifahın yüksəldilməsi məqsədi ilə  müxtəlif ölkələrlə iqtisadi-ticarət əlaqələrinin inkişafına diqqət yetirir".

Kənani İran-Səudiyyə Ərəbistanı danışıqları ilə bağlı deyib:

"Önəmli olan Səudiyyə Ərəbistanında Tehran-Ər-Riyad diplomatik münasibətlərinin normallaşmasına dair yeni baxışın formalaşmasıdır".

Xəbəri paylaş

VİDEOLAR