Kənani: ABŞ və Avropa öz vətəndaşlarının əsas hüquqlarını bəzi cinayətkarlara satıb

Kənani: ABŞ və Avropa öz vətəndaşlarının əsas hüquqlarını bəzi cinayətkarlara satıb

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: “Amerikada tələbə etiraz hərəkatlarının zorakılıqla yatırılmasının davam etməsi ilə aydın olur ki, sionist rejimi qeyd-şərtsiz dəstəkləmək vədləri ABŞ və bəzi Avropa ölkələrinin insan haqları öhdəliklərindən üstündür.”

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Amerika və Avropada sionist rejimin hərbi cinayətlərinə qarşı tələbə etiraz hərəkatlarının zorakılıq və vəhşicəsinə yatırılması davam edir.”

“Aydındır ki, sionist rejimini qeyd-şərtsiz dəstəkləmək öhdəliyi ABŞ və bəzi Avropa ölkələrinin insan haqları ilə bağlı öhdəliklərindən daha üstündür” - deyə, o qeyd edib.

N. Kənani əlavə edib: “Bundan sonra dünyanın ictimai rəyi Amerika və Avropanın insan haqları ilə bağlı yalançı şüarlara dəyər vermir. Çünki onlar bəzi hərbi cinayətkarlara təkcə insan haqlarını deyil, həm də vətəndaşlarının əsas hüquqlarını ucuz qiymətə satıblar.”

Xəbəri paylaş

VİDEOLAR