KİV: İran-İraq sərhədi müvəqqəti bağlanıb

KİV: İran-İraq sərhədi müvəqqəti bağlanıb

Son günlər İraqda hərəkatın lideri Müqtəda əs-Sədrin siyasi arenadan çəkildiyini elan etməsi və qarşıdurmaların başlamasından sonra yaranan gərginlik ölkədə qeyri-sabitliyə səbəb olub ki, bu da İraqın İranla sərhədlərinin bağlanmasına və iranlı zəvvarların müvəqqəti olaraq İraq sərhədləri yaxınlığında gözlədilməsi ilə nəticələnib.

Az.rasthaber.com xəbər verir ki, Ərbəin əzadarlığı mərasimində zəvvarların keçdiyi sərhəd-keçid məntəqələri arasında Şələmçe, Çəzəbə, Xosrəvi və Mehran keçid məntəqələri var.

Bu il beş milyon iranlı zəvvarın Kərbəlaya gedəcəyi planlaşdırılırdı, lakin ötən gün baş verən şərait və hadisələrə görə İran İraqla sərhədlərini bağlayıb.

Xəbəri paylaş

VİDEOLAR