Keniyanın İrandakı səfiri Xanım Məsumənin (s.ə) müqəddəs hərəmində olub.
Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, Keniyanın İrandakı səfiri Coşua Qatimo Aquta səfirliyin bir qrup üzvünün müşayiəti ilə, Xanım Məsumənin (s.ə) müqəddəs hərəmini ziyarət edib.
Hərəmin beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Xanım Məsumənin (s.ə) məqamı, onun İran mədəniyyəti və sivilizasiyasına təsiri barədə səfirə məlumatlar verilib.
Proqram çərçivəsində keniyalı səfir ziyarətgahlarda dəfn olunmuş alimlərin məzarlarını da ziyarət edib.