Kəbənin keçmiş imamı "bayker"lik edir

Kəbənin keçmiş imamı

Məkkə Məscidül-həramının keçmiş abidinin motosikletdə çəkdirdiyi video ərəb dünyasında qızğın müzakirələrə səbəb olub.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, o, əyninə zolaqlı dəri bayker jileti geyinərək “Harley-Davidson” motosikleti ilə səyahət edib. 

Yolda bir müsəlman onu tanıyaraq şeyxin şəklini çəkib. Daha sonra bu şəkil sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, ötən ilin noyabr ayında Adel Əl-Kəlbaninin musiqi və eyş-işrət məclislərinin təbliği ilə məşğul olması insanların qınağına səbəb olub. O “Riyadh Season” musiqi və əyləncə festivalının reklam çarxında çəkilib. Dindarlar Məkkənin keçmiş imamının əvvəlki vəzifəsini nəzərə alaraq, bu cür tədbirlərin təbliğatından çəkinməli olduğunu vurğulayıblar.

Bundan öncə, 2018-ci ildə Əl-Kəlbani “Balut” adlı kart oyununun çempionatında iştirakı ilə məşhur olub. Balutun pokerlə oxşarlığı olsa da, onu pul müqabilində oynamırlar.

Qeyd edək ki, bir çox alimin fətvasına əsasən, hətta pul müqabilində olmasa belə, kart oyunu vacib ehtiyata əsasən, haramdır.

Xəbəri paylaş

VİDEOLAR