Kanadadakı məktəb şagirdlərin namaz qılmasına icazə vermək istəmir
Rasthaber xəbər verir ki, Kanadanın Kalqari şəhərində özəl məktəb onun ərazisində müsəlman şagirdlərin namaz qılmaq hüquqlarının olmasına dair qanunun ləğvinə nail olmağa çalışır.
Vebber Akademiyasının vəkili Devid Korri bildirib ki, hakim Riçard Nyufeld Kanadanın Alberta əyalətinin insan hüquqları üzrə qərarını ləğv etməlidir. Həmin qərara əsasən, məktəb keçmiş 2 şagirdinə 36 min dollar təzminat ödəməlidir.
Korri iddia edir ki, namaz qılınmasına icazənin verilməsi övladlarını dünyəvi məktəbə göndərən ailələrin hüquqlarını məhdudlaşdırır. Bildirilib ki, məktəb buna yol verə bilməz.