ABŞ Kanada vətəndaşı olan bir iranlının Süleymani soyadını daşıdığı üçün sərhəddən keçməsinə icazə verməyib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, ABŞ-ın sərhəd polisi Kanada vətəndaşı olan bir iranlının Süleymani soyadını daşıdığı üçün sərhəddən keçməsinə icazə verməyib.
CBS telekanalının məlumatına görə, ABŞ-ın sərhəd polisi şəhid general Süleymaninin adını eşitməkdən vahiməyə düşməsinin əlaməti olaraq, Kanada vətəndaşı olan bir iranlının soyadının Süleymani olduğuna görə ABŞ-a daxil olmasına icazə verməyib.
Kanadanın Toronto şəhərində sakin olan Babək Süleymani bir nəqliyyat şirkətində TIR sürücüsü işləyir və illər boyu bu ölkə və onun qonşusu yəni ABŞ arasında get-gəl edib.
Babək Süleymani bu haqda deyib ki, ABŞ sərhəd polisini bu soyadın ölkəsi İranda aktual bir soyad olduğuna və İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin şəhid komandanı general Qasim Süleymani ilə heç bir qohumluq əlaqəsinin olmadığına inandırmağa çalışıb.
KİV-lərin bildirdiyinə görə, ABŞ-ın general Süleymanini terror etməsindən sonra, polis bu ölkəyə keçmək istəyən ABŞ yaxud başqa ölkə vətəndaşı olan iranlılara şübhəli şəxs qismində baxır və onları sərhəddə ləngidərək problemlə üzləşdirir.