Kafe və restoranların açılması ilə bağlı artıq müvafiq layihələr var - RƏSMI

Kafe və restoranların açılması ilə bağlı artıq müvafiq layihələr var - RƏSMI

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə bu haqda danışıb

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahda kafe və restoranların nə zaman açılacağı və hansı iş saatlarının tətbiq olunacağı məsələsi ilə bağlı müzakirələr aparılıb. Artıq müvafiq layihələr var.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, müzakirələr bu günlərdə də davam etdiriləcək: “Yəqin ki, qarşıdakı günlər ərzində bu məsələ açıqlanacaq. Bakıda və rayonlarda restoranların fəaliyyətə başlaması barədə qərarlar aparılan təhlillərə əsasən verilir. Biz bundan sonra onları çox uzun müddət bağlı saxlaya bilmərik. Sərt karantin dövründə biz infeksiyanın məhdudlaşmasına nail olduq. Tibb müəssisələrini səfərbər etdik, resurslarımızı yenilədik. Bundan sonrakı dövrdə isə açılma və epidemioloji vəziyyətin nəzarət altında saxlanılması üçün əvvəlcədən planlaşdırılmış tədbirlərin həyata keçirilməsi dövrüdür. Başqa sözlə, biz indi ikinci mərhələni yaşayırıq. Bütün bu mərhələlər üçün də hər bir sahə üzrə müvafiq qaydalar hazırlanıb. Əgər biz bu qaydalara əməl etsək, yoluxma olmayacaq və onun qarşısını alacayıq. Təbii ki, bu qaydalara əməl etməsək, sosial məsafəni gözləməsək, ikinci dalğa çox sərt şəkildə davam edə bilər”.

Xəbəri paylaş

VİDEOLAR