Kadırov ukraynalı hərbçilərin taleyindən təəssüfləndiyini bildirib

Kadırov ukraynalı hərbçilərin taleyindən təəssüfləndiyini bildirib

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov öz "Telegram" kanalında ukraynalı hərbçilərin ölkə rəhbərliyinə videomüraciətlərini dərc edərək, onların taleyindən təəssüfləndiyini bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb. 

Müraciətində Ukrayna hərbçiləri “müdafiəni ən qaynar nöqtədə saxladıqlarını və unudulmayacaqlarına inandıqlarını” bildirirlər.

Kadırov bu videonu şərh edərkən "Ukraynanın Silahlı Qüvvələrinin mənəvi təslim olduğunu" qeyd edib. Eyni zamanda, Çeçenistan rəhbəri əmin edib ki, “onlar hələ əsl barıt iyini hiss etməyiblər”.

"Ukraynanın hərbi komandanlığı yalnız internetdə Qərbə qəhrəman görünür. Komandanlıq muzdlulara və Bandera nümayəndələrinə arxalanır, adi ukraynalı döyüşçülərdən isə yem kimi istifadə edir", deyə Çeçen lider qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR