Ramzan Kadırov söhbət edərək “hansı hüquqları pozduğunu” aydınlaşdırmaq üçün ABŞ dövlət katibi Mayk Pompeonu Çeçenistana çağırıb.
Rasthaber Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov söhbət edərək “hansı hüquqları pozduğunu” aydınlaşdırmaq üçün ABŞ dövlət katibi Mayk Pompeonu Çeçenistana dəvət edib.
Kadırov deyir ki, ABŞ-ın “qara siyahısına” əlavə edildikdən sonra gəldiyi doğma kəndində çox yaxşıdır.
Daha öncə Kadırov ABŞ-ın məlum qərarına əlində pulemyot olan şəkli paylaşıb. O, həmin şəklin altında belə yazıb:“Pompeo, biz döyüş qəbul edirik”.
Kadırov həmçinin təklif edib ki, təkcə onun həyat yoldaşı və 2 qızı yox, həm də 12 digər övladı da sanksiyalar siyahısına əlavə olunsuz. Onun sözlərinə görə, onunla yanaşı həyat yoldaşı və övladlarının da “qara siyahıya” daxil edilməsi “dünya fitnə-fəsadçı və təxribatçılarının həqiqi yalançı simasını”n açıq sübutudur.
Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo iddia edib ki, Ramzan Kadırovu insan haqlarını pozur.