Kadırov Baydenin açıqlamasını cəfəngiyyat adlandırdı

Kadırov Baydenin açıqlamasını cəfəngiyyat adlandırdı

Kadırov ABŞ prezidenti Co Baydenin homoseksuallar barədə sözlərini qəribə və cəfəng adlandırıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov ABŞ prezidenti Co Baydenin homoseksuallar barədə sözlərini qəribə və cəfəng adlandırıb.

Xatırladaq ki, Bayden BMT tribunasından çıxış edərək bütün dünyada demokratiya və homoseksualların uğrunda mübarizə barədə, həmçinin Çeçenistandan tutmuş Kamerunadək olan homoseksuallar haqda danışıb.

Kadırov Baydeni dünyanın ən təcavüzkar ölkəsinin lideri adlandırıb.

“Dünyanın ən problemli, təcavüzkar ölkəsinin, bütün müsəlman dövlətlərinə qarşı acıqlı və ərəb dünyasını aviabombalarla “şumlayan” ölkəsinin, Əfqanıstandakı qoşunlarını rüsvayçı şəkildə geri çəkən ölkəsinin lideri Bayden birdən-birə Çeçenistan Respublikasının adını çəkməyə başladı. Biz onun ABŞ prezidenti postundakı bir sıra boş və mənasız bəyanatlarından özümüzə gəlməmişdik ki, o, artıq yeni qəribə və cəfəng fikirləri ilə bizi sevindirir”, – deyə Kadırov bildirib.

“Bayden o dərəcə absurd bəyanat verib ki, onun cavabında mən onu yalnız bizim respublikamıza dəvət edə bilərəm ki, o, öz gözləri ilə əmin olsun ki, Çeçenistan Respublikasında xoruzlar yoxdur və hətta belə bir söz də yoxdur. Onların əvəzində bizdə toyuqların ərləri var”, – deyə Çeçenistan başçısı əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR