Kabildə cümə namazı vaxtı məsciddə partlayış törədilib

Kabildə cümə namazı vaxtı məsciddə partlayış törədilib

Əfqanıstanın paytaxtı Kabildə cümə namazı vaxtı məsciddə törədilən partlayışda azı bir nəfər ölüb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Taliban hökumətinin Polis İdarəsi bu partlayışda bir nəfərin öldüyü və üç nəfərin yaralandığını bildirib.

Partlayış Kabilin Beşinci mikrorayonunda Əyyub Sabiq adlı məsciddə törədilib.

Bu partlayışı hələ ki, heç bir qrup üzərinə götürməyib.

Qeyd edək ki, sözügedən partlayış son iki ayda Əfqanıstanda məscidlərdə törədilən altıncı partlayışdır. Bu hücumlarda yüzə yaxın inanclı insan şəhid olub. Partlayışların hamısını İŞİD-in bölgə üzrə qanadı olan “Xorasan Vilayəti” üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR