16.03.2020 16:01:02
50 günlük həbs cəzası 1000 tl cərimə ilə əvəz olunub.
Rasthaber Azərbaycan xəbər verir ki, 29 fevralda saxlanılan və 1 martda həbs olunan "Yakın Doğu Haber " saytının baş redaktoru Alptekin Dursunoğlu bu gün məhkəməyə çıxarılıb.
Jurnalistə qarşı "cinayəti və cinayətkarı tərif etmə" ittihamı ilə 50 günlük həbsi 1000 tl cərimə ilə əvəz olunub.
O ilk iclasda məhkəmə salonundan azad olunub.