“Jerusalem Post” qəzeti yazıb ki, Bəşar Əsədin BƏƏ-yə səfəri Suriya üçün yeni dövr başlaması deməkdir.
Məlumata görə, Bəşar Əsəd ötən gün BƏƏ-yə səfər edib. BƏƏ-nin "National" xəbər agentliyinin məlumatına görə, BƏƏ vitse-prezidenti və Dubay əmiri Şeyx Məhəmməd bin Raşid, Əbu-Dabi vəliəhdi və BƏƏ Silahlı Qüvvələrinin baş komandanının müavini Şeyx Məhəmməd bin Zayed Suriyadakı son hadisələr barədə Suriya prezidenti ilə müzakirələr aparıblar.
BƏƏ KİV-i bu görüşü Suriya hökuməti üçün mühüm dönüş nöqtəsi kimi qiymətləndirib və yazıb ki, Suriya hökumətinin xarici dünya ilə əlaqələri genişlənir.