İxvanul Muslimin liderlərinin maliyyə vəsaitləri müsadirə olunur

İxvanul Muslimin liderlərinin maliyyə vəsaitləri müsadirə olunur

“Müsəlman qardaşları” (İxvanul Muslimin) terror təşkilatı liderlərinin maliyyə aktivləri Misir hökumətinin hesabına köçürüləcək.

Az.rasthaber.com xəbər verir ki, Qahirə məhkəməsinin qərarı ilə təşkilatın 89 yüksək rütbəli rəhbərinin vəsaitləri müsadirə olunacaq. Bu şəxslər arasında barəsində edam hökmü çıxarılan qurumun Misir şöbəsinin rəhbəri Muhəmməd Badinin də adı var.

2019-cu ilin sentyabrında Qahirə məhkəməsi bir çox hərəkat rəhbərlərini ömürlük həbs cəzasına məhkum edib. Onlar xarici təşkilatlarla cinayət əlaqələrində və gizli məlumatların ötürülməsində ittiham olunublar. Bundan əlavə onlar Misir ərazisində terror aktları hazırlamaqda da günahlandırılıblar.

Xəbəri paylaş

VİDEOLAR