İvanişvilinin yerinə “Gürcü arzusu – Demokratik Gürcüstan”ın sədrliyinə namizəd Kobaxidze olacaq

İvanişvilinin yerinə  “Gürcü arzusu – Demokratik Gürcüstan”ın sədrliyinə namizəd Kobaxidze olacaq

Gürcüstanın hakim partiyası – “Gürcü arzusu – Demokratik Gürcüstan”-a rəhbərliyinə partiya sədrliyini icra edən İrakliy Kobaxidze namizəd olacaq.

Bu barədə Rasthaber Azərbaycan yerli mediaya istinadən xəbər verir.

Onun namizədliyini 16 yanvarda partiya qurultayında təqdim edəcəklər.

Bundan başqa qurultayda partiyanın 21 nəfərlik siyasi şurasının təsis ediləcəyi də qeyd edilir.

Qeyd edək ki, bu post “Gürcü Arzusu”nun sədri Bidzina İvanişvili siyasətdən getdiyini açqlayandan sonra boş qalıb. İvanişvili açıq məktubunda missiyasını tamamladığını önə çəkərək Partiya sədrliyi, həmçinin partiyanın özündən ayrıldığını qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR