İtkin düşən erməni hərbçilərin yaxınları Müdafiə Nazirliyinə basqın etdilər

İtkin düşən erməni hərbçilərin yaxınları Müdafiə Nazirliyinə basqın etdilər

Hazırda onlar binanın birbaşa qarşısında nazirliyin rəsmiləri ilə görüşməyi gözləyirlər.

Rasthaber Azərbaycan erməni mediasına istinadən xəbər verir ki, Qarabadağdakı döyüşlər zamanı itkin düşən erməni silahlılarının qohumları Ermənistan Müdafiə Nazirliyinin binasına soxulublar.

Qeyd edilir ki, onlardan biri hasarı aşaraq keçib, digərləri isə nəzarət-keçid məntəqəsindən buraxılıblar.

Hazırda onlar binanın birbaşa qarşısında nazirliyin rəsmiləri ilə görüşməyi gözləyirlər.

Xatırladaq ki, bu gün erməni tərəfi daha 100-ə yaxın silahlısının itkin düşdüyünü elan edib.

Qeyd edək ki, Ermənistan ordusu və erməni terrorçularının son müharibədəki biyabırçı və rüsvayçı məğlubiyyətdən sonra erməni cəmiyyətində parçalanma baş verib. Artıq bir aydan çoxdur ki, Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.

Xəbəri paylaş

VİDEOLAR