İtaliyada təhsil alan və ölkəyə dönən azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib.
Rasthaber Azərbaycan xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) verilən məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar.
Bildirilib ki, onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb:
"Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir. Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcək".
Qeyd edək ki, dünən Azərbaycanın İtaliyadakı səfirliyi təcili kodu ilə açıqlama yayıb.
— Ambasciata dell'Azerbaigian (@AmbasciataAZE) March 11, 2020