Bu o deməkdir ki, İtaliyada koronavirusdan ölənlərin sayı 9144 nəfərə çatıb.
Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, İtaliyada bir gün ərzində koronavirus səbəbindən yeni 919 ölüm hadisəsi qeydə alınıb ki, bu da indiyə qədər qeydə alınmış ən yüksək gündəlik ölüm halları sayının rəqəmidir.
Bu o deməkdir ki, İtaliyada koronavirusdan ölənlərin sayı 9144 nəfərə çatıb.
Bu arada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri doktor Tedros Adhanom Ghebreyesus, qoruyucu vasitələrin "xroniki qlobal çatışmazlığını" insanların həyatını xilas etmək üçün görülən səylərə "ən ciddi təhdid" adlandırıb.
İtaliya Avropada koronavirusun ən ağır təsirinə qalan ölkədir. Ölkədə, demək olar ki, bütün obyektlər bağlanıb, insanlara evlərində qalmaq deyilib.
Cümə günü İtaliya rəsmiləri ölkədəkarantın məhdudiyyətlərinin aprelin 3-dən sonrakı dövr üçün də uzadılacağının gözlənildiyini bildiriblər.
Ölkənin şimalında yerləşən Lombardiyada ən ağır vəziyyət yaranıb, burada ölənlərin sayında kəskin artım baş verib.
Koronovirusa yoluxanların ümumi sayı İtaliyada 86500 nəfərə çatıb.