İtaliya iyunun 3-dən turistlərə qapını açır

İtaliya iyunun 3-dən turistlərə qapını açır

İtaliyada da bu həftə karantin rejimi qaldırılacaq və turistlərin iyunun 3-dən etibarən ölkəyə gəlişinə icazə veriləcək.

Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, İspaniyanın iki ən böyük şəhəri bazar günündən koronavirusa görə tətbiq edilmiş karantin saxlanılsa da, ölkənin digər hissələrində karantin məhdudiyyətlərinin yüngülləşdirilməsinə başlayıb.

Dünya ölkələri arasında koronavirus nəticəsində ən yüksək ölüm halları sayına görə dördüncü yerdə olan İspaniya martın ortalarından başlayan karantindən sonra bazar günü ən aşağı sayda -100-dən az ölüm halını təsdiq edib.

İtaliyada da bu həftə karantin rejimi qaldırılacaq və turistlərin iyunun 3-dən etibarən ölkəyə gəlişinə icazə veriləcək.

Türkiyədə yuxarı yaşlı vətəndaşların bazar günü öz evlərindən çıxmasına icazə verilib. Bu, 65 yaşdan yuxarı və virusa ağır yoluxma riski olan şəxslərin bazar günləri altı saat müddətinə evdən çıxmasına icazə verilməsi də nəzərdə tutulan yeni qaydaların bir hissəsidir.

Britaniya karantin qaydalarının yüngülləşdirildiyi zaman virusun yayılmasını monitorinq etmək üçün kontaktların izlənilməsini həyata keçirəcəyi planlaşdırılan personalın işə götürüldüyünü elan edib.

Lakin Britaniyanın və İtaliyanın baş nazirləri ölkə vətəndaşlarına yaxın gələcədə vaksinin hazır olacağına ümid etməmələrinə dair həftə sonu xəbərdarlıq ediblər.

Xəbəri paylaş

VİDEOLAR