İtaliya gəmisi koronavirusa görə karantinə alındı

İtaliya gəmisi koronavirusa görə karantinə alındı

Aralıq dənizində səyahət edən gəmi, sərnişinlər arasında olan bir Çinli cütlükdə qızdırma müşahidə edildiyinə görə İtaliyanın cənubundakı Civitavvechia limanında lövbər salıb

Rasthaber Azərbaycan TRT-yə istinadən bu haqda xəbər verir.

İtaliya informasiya agentliyinin məlumatına görə göyərtəsində 6 min sərnişin olan gəmidəki Çinli cütlük koronavirus (2019-nVoC) şübhəsi ilə əvvəlcə gəmidə müalicə altına alındı. Daha sonra ətraflı müayinə və analizlərin aparılması üçün Lazzaro Spallanzani Milli Yoluxucu Xəstəliklər İnstitutuna cəlb olundu.

Çinli cütlüyün otağı və bu otağa yaxın sərnişinlərin otaqları Tədbir məqsədi ilə təxliyə edilərək karantinə alındılar.

Qeyd edək ki, Gəmidəki sərnişinlərdən 751-i Çinlidir.

Xəbəri paylaş

VİDEOLAR