Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dünən keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının fövqəladə birgə sammitindən sonra birgə bəyannamə yayımlandı.
Az.rasthaber.com xəbər verir ki, sammitdən sonra yayımlanan birgə bəyannamədə Fələstindəki qətliama son qoyulması və İsrailin hücumlarının hərbi cinayət olduğu mövzusunda razılıq əldə olunub.
Yekun bəyannamədə Fələstin xalqının təhlükəsizlik və sülhə nail olmadan və bütün hüquqları bərpa olunmadan İsrailin və bölgədəki heç bir ölkəsinin təhlükəsizlik və sülhə nail ola bilməyəcəyi, İsrailin işğalının regional təhlükəsizlik, sabitlik və qlobal təhlükəsizliyə təhdid olduğu bildirilib.
Bəyannamədə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından da qətliamın pislənməsi və hərbi cinayət kimi tanınması istənilib.
Bəyannamədə Beynəlxalq Cinayət Məhkəməsinə İsrailin törətdiyi hərbi cinayətlərə qarşı istintaqı yekunlaşdırması, həmçinin bütün dövlətlərə İsrailə silah və sursat ixracını dərhal dayandırması ilə əlaqədar çağırış edilib.
Bəyannamədə həmçinin Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına İsrailin kimyəvi silah istifadəsini araşdırması ilə bağlı çağırış edilib və yardım konvoylarının Qəzzaya daxil olmasına şərait yaradılması tələb edilib.