İƏT Qurani-Kərimə hörmətsizliklə bağlı fövqəladə iclas keçirəcək

İƏT Qurani-Kərimə hörmətsizliklə bağlı fövqəladə iclas keçirəcək

İslam Əməkdaşlıq Təşkilatının baş katibi bu təşkilatın gələn həftə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İsveçdə Qurana qarşı təhqirləri müzakirə etmək üçün fövqəladə toplantı keçirəcəyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İƏT bu toplantının təşkilatın müddətli prezidenti Səudiyyə Ərəbistanının tələbi ilə keçiriləcəyini bildirib və bu açıqlamaları verib:

"Toplantıda məqsəd bu alçaq hərəkətlərə qarşı görüləcək tədbirləri müzakirə etmək və Qurani-Kərimə qarşı hörmətsizliyə qarşı ortaq münasibət nümayiş etdirməkdir".

Digər tərəfdən, İsveçdə Quranı hədəfə alan hücumçuya qarşı nifrət nitqi ilə bağlı istintaq başladılıb.

Eyni zamanda İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əs-Sahaf İsveç rəsmilərindən Quranı təhqir edən İraq vətəndaşının təhvil verilməsini tələb etdiyini bildirib.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs Qurban bayramının ilk günü Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.

Xəbəri paylaş

VİDEOLAR