İƏT Əl-Əqsa məscidinə qarşı artan hücumlarla bağlı fövqəladə iclas keçirir

İƏT Əl-Əqsa məscidinə qarşı artan hücumlarla bağlı fövqəladə iclas keçirir

İslam Əməkdaşlıq Təşkilatı İsrailin Əl-Əqsa məscidinə hücumlarını müzakirə etmək üçün bu həftə fövqəladə iclas keçirəcəyini açıqlayıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı tvitter səhifəsində məlumat verib.

Məlumada, iclasın çərşənbə axşamı, yanvarın 10-da Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki qərargahında keçiriləcəyi qeyd edilib.

Təşkilat bəyan edib ki, "iclas İsrailin işğal altındakı Qüds şəhərində davamlı eskalasiyasından və mübarək Əl-Əqsa məscidinə qarşı davamlı pozuntulardan sonra baş verir ki, bunlardan ən təhlükəli olanı İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin məscidə girməsi və basqını olub. Bu addımlar İşğalçı dövlət olan İsrailin Məscidül-Əqsanın hüquqi və tarixi statusunu dəyişdirmək cəhdləri fonunda atılır.”

Qeyd edək ki, İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin əl-Əqsa məscidinə girməsi 2003-cü ildə sabiq İsrail baş naziri Ariel Şaronun oxşar addımını xatırladıb. Məhz Şaronun bu hərəkətindən sonra işğal altında olan ərazilərdə minlərlə insanın ölümünə səbəb olan İntifadə hərəkatı başlamışdı.

Xəbəri paylaş

VİDEOLAR