İslam Əməkdaşlıq Təşkilatı (İƏT) sionist rejimin işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinə hücumuna reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, İƏT-dən verilən yazılı açıqlamada, işğalçı qüvvələrin işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinə hücumu şiddətlə pislənilib.
Açıqlamada müdafiəsiz mülki əhaliyə, səhiyyə işçilərinə, səhiyyə ocaqlarına, evlərə, məscidlərə və infrastruktur obyektlərinə yönələn bu vəhşi hücumların İsrail işğalçı qüvvələrinin Fələstin xalqına qarşı həyata keçirdiyi sistemli terror və cinayət əməllərinin davamı olduğu vurğulanıb.
İƏT-in baş katibi Hüseyn İbrahim Taha da bildirib ki, “İsrailin qanun pozuntularına görə cəzasız qalması ona insanlığa qarşı cinayətlər və mühakimə tələb edən müharibə cinayətləri ilə mübarizə aparmaq üçün cəsarət verib”.
Sionist İsrail hərbçilərinin bu gün səhər saatlarında işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinə həyata keçirdiyi hava hücumu və basqın nəticəsində 9 fələstinli şəhid olub, 50 nəfər yaralanıb.
Əl-Bire şəhərində işğalçı qüvvələrin açdığı atəş nəticəsində başından güllə yarası alan bir fələstinli şəhid olub.