İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Afrika İttifaqı sammitinin iştirakçılarının İsrail rejiminə müşahidəçi statusunun verilməsinə dair qərarın dayandırılmasına dair mövqeyini alqışlayır.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, İƏT bəyanatında deyilir ki, məlum qərar Fələstinin haqq işini dəstəkləyən Afrika ölkələrinin tarixi mövqeyini nümayiş etdirir.
Xatırladılıb ki, Afrika ölkələri sionist rejiminin Fələstin torpaqlarında qeyri-qanuni yəhudi yaşayış məntəqələrinin inşası və genişləndirilməsi, işğalı, fələstinlilərə qarşı aparteid (sistematik diskriminasiya) və etnik təmizləmələrinə qarşı çıxır.
"Beynəlxalq hüquq və BMT qətnamələrini pozan işğalçı ölkəni mükafatlandırmaq olmaz", - deyə bildirilib.
Qeyd edək ki, Afrika İttifaqının Efiopiyanın paytaxı Əddis-Əbəbədə keçirilən 35-ci sammiti zamanı İsrail rejiminin müşahidəçi statusu dayandırılıb. Üzvlüyə dair yekun qərar gələn ilki sammitdə müzakirə ediləcək.
Xatırladaq ki, İsrail rejiminə bu status 2021-ci il 22 iyulda verilmişdi.