İsveçrə və Almaniyada Fələstinə dəstək nümayişi keçirilib

İsveçrə və Almaniyada Fələstinə dəstək nümayişi keçirilib

İsveçrənin Cenevrə şəhərində minlərlə adam Fələstinə həmrəylik nümayişi keçirib.

Az.rasthaber.com xəbər verir ki, İsrailin 7 oktyabrdan bəri Qəzzada törətdiyi hücumlara etiraz üçün şəhərin Park de Kropet (Parc Des Cropettes) meydanına toplaşan minlərlə insan mitinq etdi.

Nümayişçilər ingilis, fransız və ərəb dillərində Fələstinə dəstək və İsrailə reaksiya şüarları səsləndiriblər. Etirazçılar İsrailin fələstinlilərə qarşı qətliamına, Qəzzada baş verən aclığa və xüsusilə, uşaqların ölməsinə reaksiya veriblər.

Nümayişçilər Qəzzada dərhal atəşkəsə çağırıblar.

Almaniyanın paytaxtı Berlində də Fələstinə dəstək nümayişi keçirilib. Müxtəlif fələstinli qrupların təşkil etdiyi "Fələstinlə həmrəylik nümayişi" çərçivəsində çox sayda adam Neukölln rayonundakı Sonnenallee qatar stansiyasının yaxınlığına toplaşıb.

Nümayişçilər daha sonra Fələstin bayraqları ilə Herman meydanına yürüyüblər.

İsrailin Qəzzaya hücumlarına etiraz edən nümayişçilər əllərində "Qəzzada soyqırımı dayandırın", "Qüds Fələstinin paytaxtıdır", "Dərhal atəşkəs" və "Fələstinə azadlıq" kimi yazılı plakatlar qaldırıb.

Bəzi nümayişçilər Qəzzada aclığa diqqət çəkmək üçün tava, kukla və un torbaları ilə aksiyaya qatılıb.

Xəbəri paylaş

VİDEOLAR