İsveçrə 3 kilo qızılı qatarda unutmuş şəxsi axtarır

İsveçrə 3 kilo qızılı qatarda unutmuş şəxsi axtarır

Ancaq bu şəxsin çanta sahibi olacağını dəqiqləşdirməyə çətinlik çəkirlər

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, İsveçrə 3 kq qızılı qatarda unutmuş şəxsi axtarır.

Çoxumuz qatarda telefon, cüzdan, qulaqcıq unuduruq, amma bir bağlama qızılı qatarda qoyub platformada gəzib-dolaşmaq ehtimalı o qədər də çox deyil.

Amma sən demə, İsveçrədə belə biri varmış. Yerli hakimiyyət indi ötən ilin oktyabrında qatarda unudulmuş, 191 min dollar dəyərində olan 3 kiloqram qızılın sahibini axtarır.

Qızıl sahibinin ona iddia etməsi üçün 5 il müddəti var, rəsmilər bildirirlər. Bununla bağlı ilə bağlı məlumat qızıl sahibinin axtarışları uğursuzluqla nəticələnəndən sonra ictimaiyyətə açıqlanıb.

Amma məlum deyil ki, hakimiyyət qızılın sahibi olduğunu iddia edən adamın həmin şəxs olub-olmadığını necə müəyyənləşdirəcək.

Xəbəri paylaş

VİDEOLAR